Press "Enter" to skip to content

İki qardaş ölkə güclü iqtisadi və ticarət əlaqələrinə də malikdir

Görüşdən fotolar

Prof. Dr. Ömer Bolat: Türkiyə olaraq biz, Azərbaycanla son illərdə sürətlə inkişaf edən münasibətlərimizi bütün sahələrə yayaraq daha da möhkəmləndirməyə davam edəcəyik

BAYRAQDAR MEDİA – “Türkiyə və Azərbaycan iki qardaş ölkə olaraq ortaq tarix və mədəni dəyərlərlə yanaşı, güclü iqtisadi və ticarət əlaqələrə də malikdir”.

Bunu qardaş Türkiyənin ticarət naziri Prof. Dr. Ömer Bolat öz X sosial şəbəkə hesabındakı paylaşımında qeyd edib.

Nazirin sentyabırn 17-də etdiyi paylaşımında deyilir: “Bu axşam Ankarada Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyi (TÜİB) tərəfindən təşkil olunan “TÜİB İqtisadi və Mədəni Əlaqələr Körpüsü” proqramında iştirak etdik. Türkiyə və Azərbaycan iki qardaş ölkə olaraq ortaq tarix və mədəni dəyərlərlə yanaşı, güclü iqtisadi və ticarət əlaqələrə də malikdir. Türkiyə olaraq biz, Azərbaycanla son illərdə sürətlə inkişaf edən münasibətlərimizi bütün sahələrə yayaraq daha da möhkəmləndirməyə davam edəcəyik”.

Paylaşımda həmçinin “Bu axşam keçirilən proqramda da iş dünyalarımızın əməkdaşlıq etmək istiqamətindəki istəyinin şahidi olduq. İş adamlarımızın müxtəlif sahələrdəki təşəbbüslərinə dəstəyimiz tamdır” deyə qeyd edilib.

Mission News Theme by Compete Themes.