Press "Enter" to skip to content

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş maarifləndirmə görüşü

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş maarifləndirmə görüşü

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin benefisiarları üçün maarifləndirici tədbir təşkil olunub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, ““Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbirdə dövlətçilik ənənələrinin təbliği, vətəndaşlarla hüquqi maarifləndirmənin aparılması və Konstitusiyanın qəbul olunmasının əhəmiyyətindən bəhs edilib, vətəndaşların hüquq və azadlıqlarının təminatı, eləcə də dövlət suverenliyinin əsasları barədə ətraflı məlumat verilib. Mərkəzdə peşə öyrənən gənclər və müəssisənin işçi heyətinin iştirak etdiyi tədbirdə çıxış edənlər həmçinin 20 Sentyabr-Dövlət Suverenliyi Gününün mahiyyətinə diqqət çəkiblər”.

Sonra 3-6 aylıq kurslarda müxtəlif biliklərə yiyələnən gənclərin hazırladıqları və dövlətçiliyə həsr olunan şeirlər, kompozisiyalar təqdim edilib, videoçarx nümayiş olunub.

Mission News Theme by Compete Themes.