Əli Orucov: Bu, başqalarına “demokratiya və insan haqları” moizəsi oxuyan Fransanın əsil simasını bir daha nümayişi oldu
BAYRAQDAR MEDİA – Məlum olduğu kimi Fransada ölkə miqyasında kütləvi etiraz aksiyaları keçirilib. Təxminən bir milyon insan küçələrə çıxaraq hökumətdən maaşların və pensiyaların artırılmasını, eləcə də dövlət xidmətlərinin qorunub saxlanmasını tələb edib. Etirazlar səbəbindən ölkə üzrə ictimai nəqliyyatın fəaliyyəti iflic olub, paytaxt Parisdə isə turistlərin əsas ziyarət məkanlarından biri olan Eyfel qülləsi bağlanıb. Polis etirazlar zamanı iğtişaş törətməyə cəhd edən təxminən 200 nəfəri saxlayıb. Hakimiyyət nümayəndələri vəziyyətin nəzarətdə saxlanıldığını bildiriblər.
Bəs, Fransada ümumiyyətlə nə baş verir və proseslərin axarı hara gedir sorğumuza cavab olaraq siyasi şərhçi Əli Orucov bildirib ki, Fransada baş verən etirazlar bu gün dünya gündəmin diqqət mərkəzində olan mövzulardan biridir: “Bundan öncə də “sari jiletlilər” adlandırılan hərəkat uzun müddət davam etdi və hərəkatın keçirdiyi kütləvi etirazları Emmanuel Makron höküməti zorakllıqla, ağılasığmayan şiddətlə yatırtmağa nail olsa da bir sıra güzəştlərə getməyə də məcbur oldu. Fransada daxili itqisadi böhran E.Makronun həm daxildə, həm də Avropa Birliyində reytinqinin ən aşağı səviyyəyə düşməsinə gətirib çıxarıb”.
Ə.Orucov deyib ki, prezidentliyi dövrdən indiyədək bir neçə dəfə cabinet dəyişikliyi edilsə də Fransanın düşdüyü iqtisadi, siyasi və sosial məngənədən çıxara bilməyib: “Avropa liderliyinə və dünyanın yenidən dizayn olunmasına iddia edən Fransa hazırda tənəzzül dövrünü yaşayır. Dünya mediasında yer alan xəbərlərdə Paris küçələrində dinc etirazçılara polis şiddəti və amansız davranışları başqalarına “demokratiya və insan haqları” moizəsi oxuyan Fransanın əsil simasını bir daha nümayişi oldu. Aksiya iştirakçılarına qarşı həyata keçirilən kütləvi həbslər, polsin insan şəxsiyyətini alçaldan hərəkətləri, zoraklılq və aşırı güc tətbiqi təəssüf ki, Qərbi heç narahat da etmir. Halbuki belə hallara qarşı özlərinəlazım olanda çox həssas və operativ reaksiya verilir. Yaşananlra bir da sübut edir ki, demokratiya dövlətlərə siyasi təzyiq və məqsədlər üçün istifadə olunan alətdən başqa bir şey deyil. Eyni zamanda bu pis örnək və presidentə yol açır”.
Əli Orucov onu da qeyd edib ki, “Prezident Makron xələfi üçün ağır miras qoyacaq. Fransanı əvvəlki mövqeyinə və nüfuzuna qaytarmaq üçün uzun illər və gərgin zəhmət tələb olunacaq”.





