BAYRAQDAR MEDİA – 2025/2026-cı tədris ilində Küveyt Dövlətinin ayırdığı təqaüd proqramı çərçivəsində 7 nəfər Azərbaycan vətəndaşı Küveyt Universitetində təhsil almaq hüququ qazanıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “yekun qərar nəticəsində seçilən tələbələr universitetin Dillər Mərkəzində birillik ərəb dili üzrə təkmilləşdirmə kursuna cəlb olunacaqlar. Qeyd edək ki, təqaüd çərçivəsində tələbələrin təhsil, yaşayış və beynəlxalq nəqliyyat xərcləri tam şəkildə Küveyt Dövləti tərəfindən ödəniləcək”.





