Press "Enter" to skip to content

Daha bir test imtahanı keçirilib

BAYRAQDAR MEDİA – Sentyabrın 21-də Dövlət İmtahan Mərkəzi Hakimlərin Seçki Komitəsi ilə birgə hakim vəzifəsinə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.

Bu barədə DİM-in məlumatında qeyd edilib.

Məlumata görə, imtahan DİM-in elektron imtahanlar korpusunda təşkil olunub: “Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sentyabrın 22-də DİM-in saytına yerləşdiriləcək. İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 355 nəfərdən 2 nəfər imtahana gəlməyib. 160 nəfər 60 və daha yüksək bal toplamaqla müsabiqə şərtini ödəyərək növbəti mərhələyə buraxılıb.

İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 23 – 25 sentyabr tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində (Ünvan: Bakı şəhəri, Akad., H.Əliyev küçəsi, 299) fəaliyyət göstərəcək”.

Mission News Theme by Compete Themes.