Press "Enter" to skip to content

Əfsanə Çivril qazozu 60 ildən sonra geri döndü

Civril qazozu

BAYRAQDAR MEDİA – “Denizlidə, Çivril rayonunda keçirilən festivalda satışa çıxarılan Çivril qazozu ziyarətçiləri sanki illər əvvələ apardı. 60 il öncə istehsal olunaraq yalnız Çivril rayonunda satılan bu tarixi içkini yenidən görənlər böyük təəccüb yaşadı”.

Bu fikirlər denizli24haber.com saytının xəbərində öz əksini tapıb.

Məlumata görə, Semih Derenin təşəbbüsü ilə bu il ilk dəfə təşkil edilən Çivril Mədəniyyət Sokağının ən parlaq ulduzu məhz yenidən canlandırılan Çivril qazozu olub: “Ziyarətçilər və çivrillilər elmalı və sadə olmaqla iki növdə hazırlanan qazozu böyük həvəslə qarşılayıblar. Festival günlərində Çivril qazozunun satıldığı stendə ən böyük maraq göstərilib. Xüsusilə gənclər elmalı və sadə qazoz almaq üçün uzun növbələr yaradıblar”.

Mission News Theme by Compete Themes.