Press "Enter" to skip to content

Federasiya dəftəri bağlandı

Müsahibə zamanı

Bakıda Kuzey Kıbrısla bağlı anlamlı çağırış

BAYRAQDAR MEDİA – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Ulusal Birlik Partiyasından (UBP) millət vəkili Hasan Küçük və KKTC-də fəaliyyət göstərən “Kıbrıs Türk Media”nın Baş redaktoru Alihan Pehlivan, bu günlərdə Azərbaycanda səfərdə olublar. Bu barədə verilən məlumatda deyilir ki, “Kıbrıs Türk Media”nın Azərbaycan təmsilçisi Serdar Şengül hər iki qonaqdan müsahibə alıb.

Məlumata əsasən, Alihan Pehlivan Kıbrısda federasiya həll modelinin artıq tarix olduğunu vurğulayaraq, KKTC-nin beynəlxalq aləmdə daha güclü tanıdılmasının vacibliyini ifadə edib.

UBP millət vəkili Hasan Küçük isə dəyişən dünya balanslarına diqqət çəkərək, türk dünyasında KKTC-nin əhəmiyyətinin artdığını bildirib: “Xüsusilə Azərbaycan başda olmaqla türk dünyası ilə KKTC-nin təhsildə əməkdaşlıq layihələrini inkişaf etdirməsi lazımdır. Təhsildə qabaqcıl bir quruluşa sahib olan KKTC daha çevik və vizioner layihələrə yönəlməlidir”.

Müsahibə zamanı Azərbaycan xalqı da yayıma böyük maraq göstərib. Xüsusilə gənclər, KKTC haqqında məlumatlı olduqlarını bildirərək, Kıbrıs türk xalqına salamlarını çatdırıblar. Bu isə iki qardaş ölkə arasındakı könül bağının meydanda da güclü bir şəkildə hiss olunduğunu göstərir.

Mission News Theme by Compete Themes.