Press "Enter" to skip to content

Rəqabət nəticə verdi

Çörək

BAYRAQDAR MEDİA – Erzurumda Damal bələdiyyə başçısı Kemal Çamliyurt, rayonda çörək qiymətlərini endirən çörəkçilərin qərarını sevindirici hal kimi qiymətləndirib.

Bu barədə ardahanhaber.com.tr saytı məlumat yayıb.

Məlumata görə, Damalda Bələdiyyəyə məxsus Halk Ekmek Fabrikası ilə digər çörəkçilər arasında yaranan rəqabət qiymətlərin aşağı düşməsinə səbəb olub: “Çamliyurtun təşəbbüsü ilə ötən ay istifadəyə verilən Halk Ekmek zavodu 15 lirəyə satılan çörəyi 10 lirəyə təklif etməyə başlamışdı. Yüzdə 50 fərq səbəbindən xalqın böyük maraq göstərdiyi bələdiyyə çörəyi digər çörəkçilərin satışına təsir edincə onlar da qiymətləri endirmək qərarı aldılar. Erzurum Böyükşəhər Bələdiyyə başçısı Mehmet Sekmenin dəstəyi ilə qurulan Damal Halk Ekmek Fabrikası vətəndaşların üzünü güldürdü. Bələdiyyə başçısı Kemal Çamliyurt sosial şəbəkə hesabından paylaşım edərək “Rəqabət işə yaradı, xalq qazandı” yazıb.”

Mission News Theme by Compete Themes.