BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) İdarə Heyətinin sədri Vüqar Behbudov növbəti vətəndaş qəbulu keçirib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “qəbul zamanı vətəndaşların mənzil və avtomobil təminatı, sanatoriya-kurort yollayışları və sosial xidmətlərə dair digər müraciətlərinə baxılıb, sualları cavablandırılıb. Eləcə də müxtəlif məsələlər üzrə müraciətlər qeydiyyata alınıb və həlli üçün aidiyyəti üzrə tapşırıqlar verilib”.
2025-ci ilin ötən dövründə, Agentliyin aparatında və respublikanın müxtəlif şəhər və rayonlarında təşkil olunan 19 qəbulda ümumilikdə 200-ə yaxın vətəndaşın müraciətinə baxılıb.





