BAYRAQDAR MEDİA – Azərbaycanın Kars Baş konsulu Zamin Əliyev, Kars İl Polis İdarəsinin rəisi Murat Abdullah Tombula vəzifəyə yeni təyin olunması münasibətilə təbrik ziyarəti edib.
Bu barədə karsmanset.com saytı məlumat yayıb.
Məlumata görə, İl Polis İdarəsində reallaşan görüşdə, Z.Əliyev polis rəisinə uğurlar arzulayıb: “Səmimi ab-havada keçən söhbət zamanı iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərinin önəmi xüsusi vurğulanıb.
Qars İl Polis İdarəsi isə Baş konsul Zamin Əliyevə xoşməramlı ziyarətinə görə təşəkkür edib”.





