Press "Enter" to skip to content

Göyçayda qadına qarşı quldurluq edib ölkədən qaçan şəxs tutulub

Göyçayda qadına qarşı quldurluq edib ölkədən qaçan şəxs tutulub

BAYRAQDAR MEDİA – Göyçay rayonunda yerləşən quşçuluq fermalarının birində quldurluq hadisəsi qeydə alınıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şəki regional qrupundan daxil olub.

Xəbərdə deyilir ki, “kamuflyaj olunaraq gecə saatlarında obyektə daxil olan naməlum şəxs orada işləyən qadına küt alətlə xəsarətlər yetirib və 23 min 300 manat pulu, eləcə də 2 min 200 manat dəyərindəki qızıl-zinət əşyalarını talayaraq ələ keçirib. Bildirilib ki, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törədən şəxsin 40 yaşlı Ceyhun Əsgərov olduğu və hadisəni törətdikdən sonra onun Rusiya Federasiyasına qaçdığı müəyyən edilib. Həyata keçirilən tədbirlərlə C.Əsgərov saxlanılaraq istintaqa təhvil verilib”.

Faktla bağlı başlanmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir. Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Mission News Theme by Compete Themes.