Press "Enter" to skip to content

Güney Azərbaycanlı körpə şəhadətnamə aldı

Güney Azərbaycanlı körpə şəhadətnamə aldı

BAYRAQDAR MEDİA – Təbrizdə yaşayan ailə 102 günlük hüquqi mübarizədən sonra yeni doğulmuş övladlarına Əlihan adı ilə doğum haqqında şəhadətnamə almağa nail olub. Bununla bağlı, uşağın atası Əhməd Fərzi “Balamın Adı” kampaniyasına məlumat verib.

Xəbəri “Azad İran” Telegram kanalı “Dan.magazin”ə istinadən yayıb.

Xəbərə görə “körpə iyunun 7-də dünyaya gəlib, ancaq Təbriz şəhərinin Vətəndaş Qeydiyyatı İdarəsi Əlihan adının icazəli adlar siyahısında olmadığını əsas gətirərək şəhadətnamə verməkdən imtina edib. Ailə məsələni məhkəməyə çıxarıb və avqustun 20-də Təbriz məhkəməsi idarəni tənqid edərək, şəhadətnamənin verilməsi barədə qərar çıxarıb. Məhkəmə qərarında valideynlərin övladlarına münasib ad seçmək hüququnun qanunla qorunduğu vurğulanıb və Əlihan adının cəmiyyət üçün təhqiredici xarakter daşımadığı qeyd edilib”.

Mission News Theme by Compete Themes.