BAYRAQDAR MEDİA – Iğdırda gənclər Dünya Təmizlik Günü münasibətilə bir araya gələrək Şəhər Meşəsində təmizlik işləri aparıblar.
Bu barədə igdirhaber.net saytı məlumat yayıb.
Məlumata əsasən, Gənclik və İdman İdarəsinə bağlı Gənclik Mərkəzi könüllüləri ilə “Yaşıl Ay” könüllülərinin qatıldığı aksiya çərçivəsində əvvəlcə Iğdır–Qars avtomobil yolu kənarındakı tullantılar yığılıb: “Daha sonra Gənclik Mərkəzinin ətrafında təmizlik aparılıb, toplanan tullantılar torbalara doldurularaq çeşidlənib və təkrar emal üçün ayrılıb. Pəncərə şüşələri isə gənclər tərəfindən rənglənərək bəzədilib və gələcəkdə müxtəlif incəsənət tədbirlərində istifadə olunmaq üçün saxlanılıb”.





