BAYRAQDAR MEDİA – Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində kitabxanaçı vəzifəsində çalışan və kitabxana müdiri vəzifəsinə keçmək istəyən namizədlər üçün qeydiyyat mərhələsi başlayıb.
Bu barədə BŞTİ-dən məlumat verilib.
Məlumata görə, qeyd edilən vəzifə üzrə namizədlər 26 sentyabr 2025-ci il saat 12.00-dək qeydiyyatdan keçə bilərlər: “Namizədlərin orta ixtisas təhsili olduğu halda 5 ildən az olmayaraq, ali kitabxanaçılıq və ya ali pedaqoji təhsili olduğu halda isə 3 ildən az olmayaraq kitabxana işi sahəsində əmək stajı olmalıdır. Namizədlər bu link vasitəsilə qeydiyyatdan keçə bilərlər.





