BAYRAQDAR MEDİA – Denizlinin Buldan rayonundakı Süleymanlı Yayla Gölü, son illərdə artan quraqlıq və azalan yağıntılar səbəbindən yox olmaq təhlükəsi ilə üz-üzədir. Bursa Uludağ Universitetindən gələn alimlər gölün qorunması üçün elmi tədqiqat aparmağa başlayıblar.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Bildirilib ki, təbiət möcüzəsi sayılan göl hər il minlərlə yerli və xarici turisti cəlb etsə də, iqlim dəyişiklikləri və quraqlıq səbəbindən gölün səviyyəsi kəskin şəkildə azalıb. Alimlər bölgəyə gələrək göldə araşdırma aparıblar. Onların məqsədi gölün qorunması üçün elmi əsaslı tədbirlər planı hazırlamaqdır.





