Press "Enter" to skip to content

Azərbaycan və Macarıstan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə olunub

Azərbaycan və Macarıstan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə olunub

BAYRAQDAR MEDİA – Sentyabrın 24-də mədəniyyət naziri Adil Kərimli ilə Azərbaycanda səfərdə olan Macarıstan mədəniyyət və innovasiyalar naziri Balazs Hanko arasında ikitərəfli görüş keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “qonağı səmimi salamlayan A.Kərimli iki ölkə arasında mədəni əməkdaşlığın səviyyəsindən məmnunluğunu bildirib. Qeyd olunub ki, Azərbaycan və Macarıstanın həm ikitərəfli formatda, həm də Türk dünyasının əməkdaşlıq təşkilatları çərçivəsində mədəniyyət sahəsində əlaqələri ildən-ilə dərinləşir”.

Sonra xəbərdə, “B.Hanko səmimi qəbula görə azərbaycanlı həmkarına təşəkkür edib. O, iki ölkənin mədəni əlaqələrinin geniş perspektivləri olduğunu diqqətə çatdırıb. Söhbət zamanı kitabxana, mədəni irsin qorunması və təbliği, o cümlədən kino sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb” deyə bildirilir.

Mission News Theme by Compete Themes.