Press "Enter" to skip to content

Azər Həsrət Gəncliyə Yardım Fondunda olub

Görüş sonrası xatirə şəkli

BAYRAQDAR MEDİA – Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin, həmçinin İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü, BAYRAQDAR MEDİA-nın baş redaktoru, Əməkdar jurnalist Azər Həsrət Gəncliyə Yardım Fondunu ziyarət edib.

Görüşdə Fondun prezidenti Ahmet Tecim və İdarə Heyətinin üzvləri ilə birlikdə qurumun fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

Ahmet Tecim qonağı gördükləri işlər, türk dünyası ilə bağlı perspektivlər, özəlliklə də inkişafda olan Azərbaycana verdikləri töhfələr haqqında məlumatlandırıb.

Azər Həsrət də öz növbəsində böyük türk dünyası, həmçinin Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı fikirlərini paylaşıb.

Səmimi dostluq şəraitində keçən görüş tərəflərin məmnuniyyəti ilə başa çatıb.

Sonda tərəflər bir-birilərinə hədiyyələr təqdim ediblər.

Azər Həsrət Ahmet Tecim və GYF-yə özünün “Mən tanıqlıq edirəm” adlı romanının nüsxələrini bağışlayıb.

Ahmet Tecim də öz növbəsində qonağa “Qardaş köməyi” toplusu da daxil olmaqla dəyərli nəşrlər bağışlayıb.

Ahmet Tecimdən Azər Həsrətə "Qardaş köməyi"
Ahmet Tecimdən Azər Həsrətə “Qardaş köməyi”
Mission News Theme by Compete Themes.