Press "Enter" to skip to content

Azərbaycan ilə Macarıstan arasında mədəni əməkdaşlığa dair proqram imzalanıb

Azərbaycan ilə Macarıstan arasında mədəni əməkdaşlığa dair proqram imzalanıb

BAYRAQDAR MEDİA – Azərbaycan ilə Macarıstan arasında münasibətlər bütün sahələrdə uğurla inkişaf edir. İki ölkənin mədəni əməkdaşlığı da ildən-ilə genişlənməkdədir. Sentyabrın 24-də Mədəniyyət Nazirliyində Macarıstanın mədəniyyət və innovasiyalar naziri Balazs Hankonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “görüşün sonunda “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Macarıstan Respublikasının Mədəniyyət və İnnovasiyalar Nazirliyi arasında 2025-2029-cu illər üzrə mədəniyyət sahəsində əməkdaşlıq proqramı” imzalanıb. Sənədi mədəniyyət naziri Adil Kərimli və Macarıstanın mədəniyyət və innovasiyalar naziri Balazs Hanko imzalayıblar”.

Beşillik proqramda mədəni irsin rəqəmsallaşdırılması, mədəni və yaradıcı sənayelər, həmçinin ədəbiyyat, təsviri və tətbiqi sənət, musiqi, teatr, kinematoqrafiya, kitab sənayesi, muzey işi və s. sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı məsələlər əksini tapıb.

Mission News Theme by Compete Themes.