Press "Enter" to skip to content

Birgə fəaliyyət perspektivləri müzakirə edilib

Görüş zamanı

BAYRAQDAR MEDİA– İqtisadiyyat naziri Mikayıl Cabbarov 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Qafqaz üzrə regional direktoru Alkis Drakinos ilə görüşüb.

Bu barədə nazirlikdən məlumat verilib.

Məlumata görə, görüşdə Azərbaycanın beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığa önəm verdiyi vurğulanıb: “Bu baxımdan, AYİB-lə uğurlu tərəfdaşlıq qeyd olunub. Bildirilib ki, Bankla həyata keçirilən layihələr ölkəmizin dayanıqlı inkişafı istiqamətində qabaqcıl təcrübənin tətbiqini sürətləndirir. Azərbaycanın sosial-iqtisadi inkişaf prioritetləri, həyata keçirilən infrastruktur layihələri barədə məlumat verilib, qarşıya qoyulmuş hədəflərin reallaşdırılması üçün işbirliyi imkanları diqqətə çatdırılıb”.

Tərəflər su infrastrukturu, bərk məişət tullantılarının idarəçiliyi və digər sahələrdə birgə fəaliyyət perspektivləri haqqında müzakirə aparıblar.

Mission News Theme by Compete Themes.