Press "Enter" to skip to content

Eskişehir daha bir uğura imza atıb

Eskişehir

BAYRAQDAR MEDİA – 16–22 sentyabr 2025 tarixləri arasında keçirilən Avropa Hərəkətlilik Həftəsi çərçivəsində Eskişehir, Avropa şəhərləri arasında təşkil edilən addım yarışında mühüm uğur əldə edib. Walk15 tətbiqini yükləyərək yarışa qatılan eskişehirlilər həm öz sağlamlıqları, həm də şəhərlərinin uğuru üçün fəal addımlar atıblar.

Bu barədə anadolugazetesi.com saytı məlumat yayıb.

Məlumata görə, ümumilikdə 25 min 27 nəfərin iştirak etdiyi yarışmada Eskişehir 23 milyon 352 min 107 addımla Avropada beşinci yeri tutub: “Eskişehir Böyükşəhər Bələdiyyəsinin sədri Ayşe Ünlücənin coşqulu açılış çıxışı ilə başlayan həftə ərzində eskişehirlilər böyük əzm göstərərək şəhəri siyahının ön sıralarına çıxarmağı bacarıblar. Eskişehirin bu uğuru şəhərin idmana və sağlam həyata verdiyi önəmin bariz göstəricisi kimi diqqət çəkib”.

Mission News Theme by Compete Themes.