Press "Enter" to skip to content

İƏT-ə üzv dövlətlərin əmək nazirləri Azərbaycanda səfərdədir

Ulu Öndərin xatirəsi ehtiramla yad edilib, məzarı önünə əklil və gül dəstələri qoyulub

Quruma üzv dövlətlərin nümayəndə heyətləri Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər

BAYRAQDAR MEDİA – Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin əmək nazirləri və nümayəndə heyətləri Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Ulu Öndərin xatirəsi ehtiramla yad edilib, məzarı önünə əklil və gül dəstələri qoyulub.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Məlumata görə, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi dərin ehtiramla yad edilib, məzarı önünə gül dəstəsi qoyulub.

Daha sonra qonaqlar Şəhidlər Xiyabanını ziyarət edib, ölkəmizin müstəqilliyi və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsini hörmətlə anaraq məzarları üzərinə gül dəstələri, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Mission News Theme by Compete Themes.