Press "Enter" to skip to content

KKTC-də mühüm və tarixi proses

Prezident seçkisi ən məhsuldar mərhələyə qədəm qoydu

BAYRAQDAR MEDİA – Oktyabrın 19-da Kuzey Kıbrıs Türk Cümhuriyyətində (KKTC) npvbəti prezident seçkisi keçiriləcək. Sentyabrın 23-də isə proses ən məhsuldar mərhələyə qədəm qoyub. Seçki ilə bağlı təbliğat qadağası aradan qalxıb.

Yəni, namizədlər 23 sentyabr 2025 tarixindən etibarən seçki təbliğatına başlayıblar.

Yüksek Seçim Kurumu tərəfindən verilən açıqlamada bildirilib ki, bu müddətdə namizədlər vərəqələr paylaya, plakat və digər elanları divarlara asdıra biləcəklər. Səsvermə günündən bir gün əvvəl saat 18:00-da isə təbliğat qadağası yenidən qüvvəyə minəcək. Lakin səsvermə bülletenlərinin nümunələri YSK tərəfindən hazırlanan broşürlər şəklində yayılmağa davam edəcək.

Məlumata əsasən, təbliğat kampaniyalarında Türkiyə bayrağı, KKTC bayrağı, dini ibarələr və ərəb əlifbasından istifadə edilməyəcək. Bundan başqa, namizədlər eyni ölçüdə sahədən istifadə edə biləcək, lakin göstərilən məkanlardan kənarda elan asılmayacaq.

Ümumiyyətlə bu seçki mühüm və tarixi proses kimi qəbul edilir. Çünki namizədlər çox olsa da, əsas mübarizə federal həll tərəfdarları ilə müstəqil dövlət tərəfdarlaır arasında gedəcək. Müstəqil dövlət tərəfdaralrınıbn vahid namizədi hazırda KKTC prezidenti olan Ersin Tatardır. Ersin Tatar sentyabrın 23-də “İndi Atak Zamanıdır” şüarı prosesə başlayıb.

Digər tərəfdən, federal həll tərəfdarlarından olan Cümhuriyyətçi Türk Partiyasının genel başqanı və prezidentliyə namizəd Tufan Erhürman isə “Mənim Səsim, Mənim Seçimim” şüarı ilə seçkiyə qoşulub.

Ümumiyyətlə, YSK-nın açıqlamasına görə, 19 oktyabr 2025-ci il prezident seçkiləri üçün təsdiqlənmiş namizədlərin siyahısı müraciət sırasına görə belədir: İbrahim Yazıcı (Müstəqil), Osman Zorba (Kıbrıs Sosialist Partiyası), Ersin Tatar (müstəqil), Arif Salih Kırdağ (müstəqil), Mehmet Hasgüler (müstəqil), Tufan Erhürman (Cümhuriyyətçi Türk Partiyası) Ahmet Boran (müstəqil), Hüseyin Gürlek (müstəqil).

Mission News Theme by Compete Themes.