Press "Enter" to skip to content

Nazir Polşanın Azərbaycandakı səfiri ilə görüşüb

Nazir Polşanın Azərbaycandakı səfiri ilə görüşüb

BAYRAQDAR MEDİA – Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Pavel Radomski ilə görüşüb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “K.Heydərov P.Radomskini səmimi salamlayaraq Azərbaycan ilə Polşa arasında münasibətlərin qarşılıqlı hörmət və səmimi tərəfdaşlıq prinsiplərinə əsaslandığını vurğulayıb. Bu çərçivədə nazir həmsədri olduğu Azərbaycan və Polşa arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın ötən müddət ərzində səmərəli fəaliyyətinə toxunub, qarşıda duran məsələlərdən danışıb. Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər, o cümlədən FHN-in fəaliyyəti barədə qonağa məlumat verən nazir bu istiqamətdə iki dost ölkənin uyğun qurumları arasında əlaqələrin genişləndirilməsinin qarşılıqlı faydasını vurğulayıb”.

Daha sonra xəbərdə, “səmimi görüşə görə təşəkkürünü bildirən P.Radomski iki ölkə arasında müxtəlif istiqamətlərdə münasibətlərin daim genişlənməsindən məmnunluq ifadə edib. Bu çərçivədə P.Radomski fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində iki ölkənin uyğun qurumları arasında əlaqələrin inkişaf etdirilməsi üçün yaxşı imkanların mövcud olduğunu qeyd edib, bu istiqamətdə səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb” deyə qeyd olunur.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Mission News Theme by Compete Themes.