BAYRAQDAR MEDİA – Pamukkale Universitetinin Mexanika mühəndisliyi fakültəsində müasir istehsal texnologiyaları ilə təchiz olunmuş Talaşlı Emal Mərkəzi qurulacaq. Proses rektor Prof. Dk. Mahmud Güngör ilə Ardöküm Merdane Sanayi A.Ş. İdarə Heyətinin sədri Muhsin Özcan arasında imzalanan protokol çərçivəsində edilən ianə nəticəsində reallaşacaq.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Məlumata görə, rektorluqda keçirilən imza mərasimində Prof. Dr. Mahmud Güngör, prorektor Prof. Dr. Mehmet İnəl, Ardöküm A.Ş.-nin İdarə Heyəti sədri Muhsin Özcan, idarə heyəti üzvü Bilal Özcan, Mühəndislik fakültəsinin dekanı Sezai Tokat və Mexanika mühəndisliyi fakültəsinin müdiri Prof. Dr. Cemal Meran iştirak ediblər.
İmzalanan protokol ilə universitet-sənaye əməkdaşlığı yeni bir mərhələyə yüksəlib. Qurulacaq Talaşlı Emal Mərkəzi”ndə tələbələr nəzəri biliklərini praktikaya tətbiq etmək imkanı qazanacaqlar. Burada CNC torna və şaquli emal dəzgahları, qəlibçi frezesi, mişar, CAD-CAM tədris infrastruktur sistemi, tam təchizatlı 3D printer laboratoriyaları kimi ən müasir avadanlıqlar olacaq.
Tələbələr əvvəlcə kompüterdə kodlama və simulyasiya vasitəsilə istehsal proseslərini öyrənəcək, sonra isə öz dizaynlarını 3D printerdə çap edərək real dəzgahlarda istehsal etmə bacarığı qazanacaqlar.









