23 akademik “Dünyanın ən təsirli alimləri” siyahısında
BAYRAQDAR MEDİA – Türkiyənin Akdeniz Universiteti, Elsevier və Stanford universitetlərinin əməkdaşlığı ilə hazırlanan “Dünyanın ən təsirli alimləri 2025” siyahısında böyük uğura imza atıb. Universitetdən ümumilikdə 23 akademik həm elmi karyeraları, həm də son bir ildəki fəaliyyətləri ilə bu nüfuzlu siyahıya daxil olmağı bacarıb.
Bu barədə universitedən verilən məlumatda qeyd edilib.
Məlumata görə, siyahı dünya üzrə 22 əsas və 174 alt elm sahəsində 200 mindən çox alim arasında aparılan qiymətləndirmə əsasında hazırlanır: “Reytinqdə istinad sayı, H-indeksi və müəllif sırası kimi elmi təsir göstəriciləri nəzərə alınır. Akdeniz Universitetinin alimləri həm “Karyera boyu təsir”, həm də “İllik təsir” kateqoriyalarında siyahıya düşməyi bacarıblar.





