BAYRAQDAR MEDİA – Müasir dünyada qida sadəcə gündəlik istehlak vasitəsi deyil, sağlamlığın, rifahın və davamlı gələcəyin əsas təminatıdır. Bu baxışla Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yanında Məşvərət Şurası yeni kampaniyaya başlayıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AQTA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “kampaniyanın əsas məqsədi vətəndaşları ictimai iştirakçılığın həyata keçirilməsi ilə qida zəncirinin hər bir mərhələsində qida təhlükəsizliyinə nəzarətin təmin edilməsinə cəlb etməkdir”.





