Press "Enter" to skip to content

Batareya və maqnit qırıntıları udan 9 yaşlı

Batareya və maqnit qırıntıları udan 9 yaşlı

BAYRAQDAR MEDİA – 11 sentyabr 2025-ci il tarixində 2015-ci il təvəllüdlü azyaşlı qarın nahiyəsində kəskin ağrı, ürəkbulanma, qusma və bədən hərarətinin yüksəlməsi şikayətləri ilə valideynləri tərəfindən Kliniki Tibbi Mərkəzin (KTM) Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə gətirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya KTM-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “valideynlə aparılan söhbət zamanı məlum olub ki, uşaq autizm spektr pozuntusundan əziyyət çəkir, yad cisim udma vərdişi var və 3–4 gün əvvəl batareya və maqnit qırıqları udub. Aparılan rentgenoloji müayinədə qarın boşluğunun proyeksiyasında bir nöqtədə cəmlənmiş çoxsaylı rentgenokontrast yad cisimlər aşkarlanıb və cərrahi əməliyyat qərarı verilib”.

Daha sonra xəbərdə, “uşaq cərrahiyyəsi şöbəsinin müdiri İlqar Haqverdiyevin rəhbərliyi ilə uşaq cərrahları Ramin BayramovBinnət Sofuyev tərəfindən qarın boşluğunun təftişi (bağırsaq ilgəklərində çoxsaylı perforasiya-deşilmə aşkarlanıb), bağırsağın iki hissədən rezeksiyası və anastomazların qoyulması (bağırsaqların uc-uca tikilməsi) əməliyyatı icra olunub. Uğurlu cərrahi müdaxilə və 14 günlük stasionar müalicələrdən sonra vəziyyəti qənaətbəxş qiymətləndirilib, ambulator müalicə üçün evə buraxılıb” deyə qeyd edilir.

Mission News Theme by Compete Themes.