Press "Enter" to skip to content

Hər tələbəyə bir fidan

BAYRAQDAR MEDİA – Anadolu Universiteti rektoru, Prof. Dr. Yusuf Adıgüzelin təşəbbüsü ilə həyata keçirilən “Hər tələbəyə bir fidan” layihəsi çərçivəsində 2025–2026-cı tədris ilində universitetə qəbul olan hər bir tələbənin adına fidan əkiləcək.

Bu barədə universitetdən məlumat verilib.

Məlumata görə, 2025-ci il ərzində təxminən 5 min fidan Eskişehirdə salınacaq Anadolu Universiteti Meşəsində torpaqla qovuşacaq.

Fidanlar üzərində tələbələrin adlarının yazıldığı xüsusi lövhələrlə əkiləcək. Beləliklə, hər yeni Anadolu Universiteti tələbəsi həm şəhərin yaşıllığına töhfə verəcək, həm də öz adı ilə böyüyən bir ağaca sahib olacaq.
Məlumata görə, universitet rəhbərliyi, tələbələr və könüllülərin iştirakı ilə ilk ağacəkmə mərasiminin gələn ay keçirilməsi planlaşdırılır.

Mission News Theme by Compete Themes.