Press "Enter" to skip to content

Kepez Bələdiyyəsi ilə ÇOMÜ arasında əməkdaşlıq

Görüş zamanı

BAYRAQDAR MEDİA – Kepez Bələdiyyə başçısı Birol Arslan, Çanakkale Onsekiz Mart Universitetinin (ÇOMÜ) rektoru Prof.Dr. Cüneyt Erenoğlunu bələdiyyədə qəbul edib. Səmimi ab-havada keçən görüşdə Kepez ilə universitet arasında həyata keçiriləcək layihələr müzakirə olunub.

Bu barədə universitetdən məlumat verilib.

Məlumata görə, qəbuldan məmnunluğunu ifadə edən Birol Arslan deyib: “Şəhərimizin elm ocağı və qürur mənbəyi olan universitetimizin dəyərli rektoru professor doktor Cüneyt Erenoğlunu Bələdiyyəmizdə qəbul etməkdən böyük məmnunluq duydum. Universitetimizlə Bələdiyyəmizin birgə həyata keçirəcəyi işlər Kepezimizin və Çanaqqalemizin sosial, mədəni və iqtisadi inkişafına güclü töhfələr verəcəkdir. Hörmətli Rektor, ümid edirəm şəhərimizin gələcəyinə yön verəcək daha neçə layihəyə birlikdə imza atacağıq.”

Görüşdə hər iki qurumun ortaq əməkdaşlığı ilə həyata keçiriləcək layihələrin Kepezin inkişafında mühüm rol oynayacağı vurğulanıb.

Mission News Theme by Compete Themes.