Press "Enter" to skip to content

Anım Günü ilə əlaqədar ağacəkmə aksiyası

Anım Günü ilə əlaqədar ağacəkmə aksiyası

BAYRAQDAR MEDİA – 27 sentyabr – Anım Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Mənzil İnşaatı Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Bakının Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya ETSN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “aksiyada ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılov, Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov, həmçinin hər iki qurumun nümayəndələrinin və ekokönüllülərin iştirakı ilə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib”.

Mission News Theme by Compete Themes.