Press "Enter" to skip to content

Bakıda daha bir tədbir keçiriləcək

Son yeniləmə: 25 Sentyabr 2025

BAYRAQDAR MEDİA – Noyabrın 1-də Bakıda “Gənc MÜSİAD”-ın təşkilatçılığı ilə Avrasiya Gənc İş Adamları Forumu #EYBF2025 keçiriləcək.

Bu barədə “MÜSİAD Azərbaycan”dan məlumat verilib.

Məlumata görə, tədbir Türkiyə Cümhurbaşqanlığına bağlı İnvestisiya və Maliyyə Ofisinin, Gənclik və İdman Nazirıiyinin Türkiye Cumhuriyeti Gençlik ve Spor Bakanlığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Sahibkarlar Konfederasiyasının dəstəyi ilə reallaşacaq: “50 ölkədən 3000-dən çox gənc sahibkarın, ümumlikdə 5000-dən çox iştirakçının qatılması proqnozlaşdırılan forumda B2B görüşlərlə yanaşı, regional ticarət və investisiya imkanları, E-ticarət, start-up ekosistemi, texnolgiya transferi, universitet-sənaye iş birlikləri və digər aktual mövzularla bağlı panel müzakirələr aparılacaq. “Qlobal vizyon, regional güc” şüuarıyla baş tutacaq forumun ilk olaraq Bakıda, 2026-cı ildə isə Astanada keçirlməsi planlaşdırılır”.

Məlumata əsasən, Forumda iştirak etmək üçün qeydiyyat və proqram haqqında məlumatı yaxın günlərdə Genç MÜSİAD Azerbaycan səhifəsində dərc ediləcək.

Mission News Theme by Compete Themes.