BAYRAQDAR MEDİA – Bolqarıstanda su qitlığı müşahidə edilir.
Bu barədə Radio Bolqarıstan məlumat yayıb.
Məlumata görə Sviştov bələdiyyə sədrinin və Pleven valisinin müraciəti əsasında hökumət, su qıtlığı ilə bağlı elan olunmuş fövqəladə vəziyyət səbəbilə dövlət ehtiyatlarından pet butulkalarda içməli suyun paylanması barədə qərar qəbul edib.
Pulsuz içməli su təminatı, su böhranından zərər çəkmiş yaşayış məntəqələrində əhalinin tələbatının ödənilməsinə kömək edəcək.





