Press "Enter" to skip to content

Forum: Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu

“Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu” 3-cü Beynəlxalq Statistika Forumu

BAYRAQDAR MEDİA – Sentyabrın 26-da Dövlət Statistika Komitəsində (DSK) “Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu” mövzusunda 3-cü Beynəlxalq Statistika Forumunun iştirakçıları ilə görüş keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “görüş çərçivəsində DSK ilə Tacikistan Prezidenti yanında Statistika Agentliyi arasında “Statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb. Memorandumu DSK-nın sədri Tahir Budaqov və sözügedən Agentliyin direktoru Camşed Nurmaxmadzoda imzalayıblar”.

Memorandumdan irəli gələn vəzifələrin icra olunmasının səmərəli nəticələr verəcəyinə – statistika sahəsində əməkdaşlığın təşviq və inkişaf etdirilməsi, beynəlxalq səviyyədə müqayisə edilə bilən və hər iki ölkənin sosial-iqtisadi vəziyyətini əks etdirən statistik məlumatlar mübadiləsinin genişləndirilməsi və iki ölkənin statistika qurumları arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinə xidmət edəcəyinə əminlik ifadə olunub.

Mission News Theme by Compete Themes.