Press "Enter" to skip to content

İsmayıllıda maraqlı seminar

Tədbirdən foto

BAYRAQDAR MEDİA – “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ataların qızlarına dəstəkçi münasibətlərinin sağlam ailədəki rolu” adlı maarifləndirici layihə həyata keçirir. Layihə çərçivəsində İsmayıllı rayonunda gənc qızlar və onların ataları ilə aralarındakı ata-qız emosional münasibətlərindən bəhs edən iki günlük seminarın 1-ci gününü təşkil edib.

İctimai Birlikdən verilən məlumata görə, seminar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İsmayıllı rayonu Uşaq və Ailələrə Dəstək Mərkəzində keçirilib: “Layihənin əsas məqsədi atalar və qızlar arasındakı sosial-emosional münasibətlərin möhkəmləndirilməsi, bu münasibətlərin ailə içində daha sağlam, qarşılıqlı hörmət və dəstək üzərində qurulmasına şəraitin yaradılması, eyni zamanda, ataların qızlarına qarşı daha müasir və müsbət yanaşmalarla emosional və təhsil dəstəyi vermələri üçün maarifləndirici məlumatların çatdırılmasını təmin etməkdən ibarətdir”.

Seminarın ilk günündə layihə rəhbəri Nailə İsmayılova seminar iştirakçılarını salamlayaraq onlara layihə haqqında ətraflı məlumat verib: “Layihə üzrə hüquqşünas Fariz Əkbərov qanunvericiliyin valideynlər qaşısında qoyduğu vəzifə və öhdəliklər barəsində məlumat verərək əsas məqamları onların diqqətinə çatdırıb. Daha sonra İsmayıllı Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnarə Mirzəliyeva, İsmayıllı Rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva öz çıxışlarında ailələrlə aparılan işlərdən və rayon ərazisində yaşayan ailələrlə aparılan işlərdən bəhs edibər. Seminar zamanı müzakirələrəd əsas diqqət gənc qızlar və atalar arasındakı ata-qız sosial-emosional münasibətlərinə yönləndirilib. Müzakirələr zamanı duyğulu anlar yaşanıb. Duyğulu anlardan sonra müzakirələr çay süfrəsi ətrafında diskusiyalarla davam edib. Seminarın ilk günü uğurla başa çatıb”.

Mission News Theme by Compete Themes.