Press "Enter" to skip to content

Oğuzda ağac kəsiminə görə cinayət işi başlayıb

Oğuzda ağac kəsiminə görə cinayət işi başlayıb

BAYRAQDAR MEDİA – Oğuz rayonunun Filfilli kəndindəki meşəlik ərazidə fıstıq növündən olan ağacların kəsilməsi ilə bağlı istintaq araşdırmaları aparılır.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin regional qrupundan daxil olub.

Xəbərdə qeyd olunur ki, “polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə ağacları kəsməkdə şübhəli bilinən 1968-ci il təvəllüdlü Dünyabir Nəsirov saxlanılıb. Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir”.

Mission News Theme by Compete Themes.