Press "Enter" to skip to content

Ondan kömək istəyən təqaüdçülərin pulunu ələ keçirən şəxs saxlanılıb

Ondan kömək istəyən təqaüdçülərin pulunu ələ keçirən şəxs saxlanılıb

BAYRAQDAR MEDİA – Lənkəran rayon sakini olan yaşlı bir nəfər təqaüd kartındakı pulun oğurlandığı barədə polisə məlumat verib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Daxili İşlər Nazirliyinin (DİN) Lənkəran regional qrupundan daxil olub.

Xəbərdə qeyd olunur ki, “polis əməkdaşlarının keçirdikləri tədbirlərlə həmin vəsaitin zərərçəkmişin kartdakı pulu bankomatdan çıxarmaq üçün kömək istədiyi 23 yaşlı Kənan Əlizadə tərəfindən oğurlandığı məlum olub. Araşdırmalarla K.Əlizadənin kartdakı pulu nağdlaşdırmaq və terminal vasitəsilə pul göndərmək üçün kömək istəyən ümumilikdə 4 nəfərin kartındakı 1 min 977 manat vəsaiti taladığı müəyyən edilib”.

Faktlarla bağlı Lənkəran ŞRPŞ-də cinayət işi başlanılıb, araşdırmalar aparılır. K.Əlizadənin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə polis orqanlarına məlumat verə bilərlər.

Mission News Theme by Compete Themes.