Press "Enter" to skip to content

Qırğızıstan parlamenti buraxıldı

Qırğızıstan parlamenti

BAYRAQDAR MEDİA – Qırğızıstan deputatları “Qırğız Respublikası Joqorku Keneşinin VII çağırışının özünü buraxması haqqında” qərar qəbul ediblər. Qırğızıstan Parlamenti (Joqorku Keneş) 24 sentyabr 2025-ci ildə keçirilən səsvermə ilə özünü buraxıb.

Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.

Məlumata görə, 32 nəfərlik deputat qrupunun təqdim etdiyi təklif 89 deputatdan 84-nün dəstəyi ilə qəbul olunub: “Təklifi təqdim edən deputatlardan Ulan Primov bildirib ki, bu qərarın qəbul edilməsinə prezident seçkisi ilə parlament seçkiləri arasındakı vaxtın yaxın olması və seçki qanunvericiliyinə edilən dəyişikliklər təsir göstərib. Joqorku Keneşin səlahiyyət müddəti normalda 2026-cı ilin noyabrında başa çatmalı idi. Lakin bu tarix 2027-ci ilin yanvarında keçiriləcək prezident seçkiləri ilə üst-üstə düşdüyündən deputatlar sosial-siyasi sabitliyə zərər gələ biləcəyini qeyd ediblər”.

Məlumata əsasən, Qırğızıstan Prezidenti Sadır Caparov yaxın günlərdə parlamentin vaxtından əvvəl buraxılması ilə bağlı fərmanı imzalayacaq. Seçkilərin 40–65 gün ərzində keçirilməsi gözlənilir.

Mission News Theme by Compete Themes.