Press "Enter" to skip to content

Şəhidlərin xatirəsinə həsr olunan ağacəkmə aksiyası

Aksiya keçirilən ərazi

BAYRAQDAR MEDİA – Sentyabrın 25-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə Bakının Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.

Aksiya zamanı
Aksiya zamanı

Bu barədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyindən məlumat verilib.

Eldar şamı və zeytun ağacları əkilib
Eldar şamı və zeytun ağacları əkilib

Məlumatda qeyd olunub ki, 27 sentyabr – Anım günü ilə bağlı keçirilən aksiya zamanı 1 hektar ərazidə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun olaraq, Eldar şamı və zeytun ağacları əkilib.

Aksiyada 100-dən artıq QHT təmsilçisi iştirak edib
Aksiyada 100-dən artıq QHT təmsilçisi iştirak edib

“Bu yaşıllaşdırma aksiyası Azərbaycan Respublikasının Konstitusiya quruluşunun müdafiəsi, ərazi bütövlüyünün və dövlət suverenliyinin müdafiəsi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsinə ithaf olunub. Aksiyada 100-dən artıq QHT təmsilçisi iştirak edib” deyə xəbərdə daha sonra vurğulanıb.

Mission News Theme by Compete Themes.