Press "Enter" to skip to content

Serdar Ünsal: 27 Sentyabr Azərbaycan şəhidlərini rəhmətlə anırıq

Serdar Ünsal

BAYRAQDAR MEDİA – Türkiyə–Azərbaycan Dostluq Dərnəkləri Federasiyası sədrinin müavini və Iğdır Azərbaycan Evi Dərnəyinin sədri Serdar Ünsal, 27 Sentyabr – Azərbaycan Şəhidlərini Anma Günü münasibətilə açıqlama yayıb.

Bu barədə Dərnəkdən məlumat verilib.

Məlumata görə, S.Ünsal açıqlamasında qeyd edib ki, 27 Sentyabr Azərbaycanda “Şəhidləri Anma Günü” kimi yad olunur:“Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən Vətən müharibəsi şəhidlərinin xatirəsi bütün türklərin qəlbində yaşayır. Azərbaycan əsgərlərinin qəhrəmanlığını və böyük tarixi qələbəsini göstərmək, şəhidlərin ruhunu yaşatmaq üçün bu gün elan olunmuşdur.”

S.Ünsal xatırladıb ki, Azərbaycan Ordusu 27 sentyabrda başlatdığı əməliyyatlarla 5 şəhər mərkəzi, 4 qəsəbə və 286 kəndi azad edib, Ermənistan isə məğlubiyyəti qəbul edərək Ağdam, Laçın və Kəlbəcərdən çəkilməyə məcbur olub. O, 30 ildən sonra Qarabağın azadlığa qovuşduğunu vurğulayaraq əlavə edib ki, bu savaşda Azərbaycan Ordusu 3 mindən çox şəhid verib. Azərbaycan Ordusunun qəhrəmanlıq dolu mübarizəsinə diqqət çəkən S.Ünsal bildirib:“Prezident İlham Əliyevin qətiyyətli mövqeyi, Prezidentimiz Rəcəb Tayyib Ərdoğan və Türk dövlətinin dəstəyi, Azərbaycan Ordusunun igidliyi sayəsində Ermənistana layiqli dərs verildi. Qəhrəman Azərbaycan Ordusu Türk millətinin mərdliyini bir daha bütün dünyaya göstərdi. Vətən torpaqları uğrunda şəhid olan Türkiyə və Azərbaycanın bütün şəhidlərini rəhmətlə anır, qazilərimizə ehtiramımızı bildiririk.”

Mission News Theme by Compete Themes.