Press "Enter" to skip to content

Tərbiyəçi vakansiyası üzrə qeydiyyat başlayır

BAYRAQDAR MEDİA – Sentyabrın 26-dan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən internat tipli ümumi təhsil müəssisələrinə tərbiyəçi vəzifəsinə işə qəbul üzrə qeydiyyat başlayır.

Bu barədə BAYRAQDAR MEDİA-ya İdarənin Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, qeyd edilən vəzifə üzrə işə qəbul olmaq istəyən şəxslər 29 sentyabr 2025-ci il saat 11:00-dək qeydiyyatdan keçə bilərlər: “Müsahibə mərhələsinə dəvət zamanı qeydiyyatdan keçən namizədlərin müvafiq ixtisas üzrə pedaqoji təhsili, iş stajı və yaşayış yerinin uyğunluğuna üstünlük veriləcək. Uyğun namizədlərə müsahibənin keçiriləcəyi məkan və vaxt barədə məlumat qeydiyyatdan keçdikləri mobil nömrəyə SMS vasitəsilə göndəriləcək”.

Məlumatda o da qeyd edilib ki, müsahibə zamanı namizədlərin müvafiq sahə üzrə bilik və bacarıqları yoxlanılacaq: “Namizədlər bu link vasitəsilə qeydiyyatdan keçə bilərlər”.

Mission News Theme by Compete Themes.