Press "Enter" to skip to content

Energetika naziri Naxçıvanda vətəndaşları qəbul edəcək

Energetika naziri Naxçıvanda vətəndaşları qəbul edəcək

BAYRAQDAR MEDİA – Energetika naziri Pərviz Şahbazov oktyabrın 10-da Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşları qəbul edəcək.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Energetika Nazirliyinin (EN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “qəbul saat 11:00-dan etibarən “Naxçıvan Enerji” MMC-nin inzibati binasında (Ünvan: Naxçıvan şəhəri, AZ7000, Z.Əliyeva küçəsi 1/12) keçiriləcək. Qəbulda iştirak etmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün sözügedən Nazirliyin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1146) telefon nömrələri (əlaqələndirici şəxs: Əzizə Cəfərova), minenergy@minenergy.gov.az elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərlər. Həmçinin EN-in www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də müraciət etmək mümkündür”.

Mission News Theme by Compete Themes.