Press "Enter" to skip to content

Gənclər üçün anlamlı tədbir

Tədbir zamanı

Maarifləndirici konsert proqramı keçirilib

BAYRAQDAR MEDİA – Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Qeyd – Sosial Maarifləndirmə” İctimai Birliyinin təşkilatçılığı ilə “Gənclərin səsi: Narkotiklərə Yox!” adlı genişmiqyaslı maarifləndirici tədbir keçirilib.

Bu barədə İctimai Birlikdən məlumat verilib.

Aysel Tahirova
Aysel Tahirova

Məlumata görə, tədbirin əsas məqsədi gənclər arasında sağlam həyat tərzinin təbliği, narkotik vasitələrin zərərləri barədə maarifləndirmə işlərinin gücləndirilməsi və ictimaiyyətin diqqətini bu məsələyə yönəltmək olub: “Tədbirdə əvvəlcə “Qeyd – Sosial Maarifləndirmə” İctimai Birliyinin baş katibi Aysel Tahirova açılış nitqi ilə çıxış edərək qonaqları salamlayıb və layihənin ikinci günü barəsində məlumat verib.

Vüqar İskəndərov
Vüqar İskəndərov

Milli Məclisin deputatları Azər Allahverənov, Razi Nurullayev, Günay Ağamalı, Rizvan Nəbiyev, Vüqar İskəndərov çıxış edərək gənclərin narkomaniyadan qorunması istiqamətində görülən işlər və gələcək perspektivlər barədə çıxış ediblər. Milli Məclisin deputatları Göydəniz Qəhrəmanov, Arzuxan Əlizadədə tədbirdə iştirak edib”.

Tədbir konsert proqramıyla davam edib.

Tədbirin sonunda “Qeyd – Sosial Maarifləndirmə” İctimai Birliyinin sədri Tural Nurməmmədov çıxış edərək bu cür tədbirlərin davamlı olacağını bildirib.

Mission News Theme by Compete Themes.