BAYRAQDAR MEDİA – Iğdırda iri və xırdabuynuzlu heyvanlarda dabbaq xəstəliyinin artması səbəbilə heyvan bazarının fəaliyyəti bir ay müddətinə dayandırılıb. Əvvəllər də bu səbəbdən uzun müddət bağlı qalan bazar xəstəliyin yenidən yayılması ilə bağlı ehtiyat tədbiri olaraq bağlanıb.
Bu barədə igdirhaber.net saytı məlumat yayıb.
Məlumata görə, İl Kənd Təsərrüfatı və Meşə İdarəsinin əməkdaşları peyvəndləmə və karantin tədbirlərini davam etdirəcək. Bazar yalnız xəstəlik nəzarət altına alındıqdan sonra açılacaq.





