BAYRAQDAR MEDİA – Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusunun iştirakı ilə Özbəkistanın Daşkənd şəhərində keçirilən “Məharət – 2025” kompüter dəstəkli birgə komanda-qərargah təlimi başa çatıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən daxil olub.
Xəbəerə qeyd edilir ki, “təlim çərçivəsində təşkil olunan mədəni-kütləvi tədbirlər zamanı Azərbaycan hərbi kontingenti Ümummilli Lider Heydər Əliyevin abidə kompleksini, həmçinin Özbəkistan xalqının İkinci Dünya müharibəsində göstərdiyi qəhrəmanlığın və fədakarlığın rəmzi olan “Qələbə Parkı” və “Şan-Şərəf” Dövlət Muzeyini ziyarət ediblər”.
Sonra xəbərdə, “ssenariyə uyğun olaraq təlim zamanı qanunsuz silahlı birləşmələrin axtarışı, lokallaşdırılması və neytrallaşdırılması məqsədilə xususi əməliyyatın planlaşdırılması, eləcə də modelləşdirmə və simulyasiya proqram təminatları üzərindən praktiki fəaliyyətlər icra edilib. MN ilə Özbəkistan Müdafiə Nazirliyi arasında 2025-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planı çərçivəsində keçirilən təlimdə qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib” deyə bildirilir.
Sonda təlimdə fərqlənən hərbi qulluqçular mükafatlandırılıb.





