BAYRAQDAR MEDİA – Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin nəticələri elan olunub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyinin (ETN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “nəticələr şəxsi səhifələrə göndərilib. 20 sentyabr tarixində təşkil olunan prosesin sənəd yoxlanışı mərhələsinə 216 nəfər müəllim dəvət olunub”.





