Press "Enter" to skip to content

QHT-lər üçün daha bir tədbir

Zaur İbrahimli

“KSM təcrübələrinin inkişafında QHT-lərin rolu – Özbəkistan, Qazaxıstan və Türkiyənin təcrübəsi” adlı onlyan konfrans keçirilir

BAYRAQDAR MEDİA – “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İB-in AR QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Milli korporativ sosial məsuliyyət (KSM) təcrübəsinin inkişafında QHT-lərin rolunun gücləndirilməsi” layihəsini icra edir. Layihə çərçivəsində “KSM təcrübələrinin inkişafında QHT-lərin rolu – Özbəkistan, Qazaxıstan və Türkiyənin təcrübəsi” adlı onlyan konfrans keçirilir.

Bu barədə İctimai Birliyin sədri Zaur İbrahimli məlumat verilib.

Məlumata görə, konfransda Türkiyənin ən nüfuzlu QHT-lərindən Qadın Dərnəkləri Federasiyası başqanı Canan Güllü, Özbəkistanın ən təcrübəli və nüfuzlu QHT-lərindən olan “Şərq qadını” Beynəlxalq Qadın İctimai Fondunun rəhbəri Səadət Tursunbayeva, Qazaxıstanın QHT sektorunun ən peşəkarlarından olan Biznes, Cəmiyyət və Hökumətlə Əlaqələr üzrə Assosiasiyanın rəhbəri Ayjan Uteuova məruzə edərək ölkələrinin təcrübələrini bölüşəcəklər.

Mission News Theme by Compete Themes.