Press "Enter" to skip to content

Seçkidən sonra 5+1 görüşü ola bilər

Mariya Anxela Holguin (solda)

BAYRAQDAR MEDİA – Cyprus Times-in məlumatına görə, Nyu-Yorkda Kıbrısın hər iki tərəfinin liderlərinin iştirakı ilə keçirilən üçtərəfli görüşdən sonra rum lider Nikos Hristodulidis açıqlama verib.

O, bildirib ki, KKTC-də keçiriləcək prezident seçkilərindən sonra BMT Baş katibinin şəxsi nümayəndəsi Mariya Anxela Holguin yeni tur təmaslara başlayacaq: “O, həm Kıbrıs adasında, həm də təminatçı ölkələrdə görüşlər keçirərək, əsas danışıqların qaldığı yerdən bərpa olunması məqsədilə ilin sonuna qədər genişləndirilmiş görüşün təşkili üçün zəmin yaradacaq”.

Xatırladaq ki, Hristodulidis və Quterreş ötən həftə yu-Yorkda görüşmüşdülər. Görüşdən sonra Hristodulidis Kıbrıs məsələsinə dair üçüncü genişləndirilmiş görüşün adanın iki tərəfi, BMT və təminatçı ölkələrin iştirakı ilə payızda, yəqin ki, noyabr ayında keçiriləcəyini açıqlamışdı.

Mission News Theme by Compete Themes.