Press "Enter" to skip to content

Vəkillik lisenziyası ləğv edilən Güney Azərbaycanlı məhbus

Tahir Nəqəvi

BAYRAQDAR MEDİA – Evin zindanında saxlanılan Güney Azərbaycanlı hüquqşünas Tahir Nəqəvinin vəkillik lisenziyası rəsmi olaraq ləğv edilib. Bu qərar, Hüquqşünaslar, Ekspertlər və Ailə Müşavirləri Məhkəmə Mərkəzinin 6 saylı bölməsi tərəfindən, Məhkəmə Hüquqşünaslar Mərkəzinin rəhbərinin şikayəti əsasında qəbul olunub.

Xəbəri “Azad İran” Telegram kanalı Güney Azərbaycan Demokratik Türk Birliyinə istinadla yayımlayıb.

Xəbərdə deyilir ki, “məhkəmə orqanları Tehran İnqilab Məhkəməsinin 15-ci bölməsi tərəfindən T.Nəqəviyə qarşı irəli sürülmüş “milli təhlükəsizliyə qarşı toplaşmaq və sövdələşmə”, “dövlət quruluşuna qarşı təbliğat” kimi ittihamlarla bağlı çıxarılmış 6 il həbs qərarına istinad edərək, onun vəkillik fəaliyyətini davam etdirməsini məqsədəuyğun saymayıblar”.

Qeyd edilib ki, “T.Nəqəvi 2024-cü il fevral ayının 6-dan Evin zindanında saxlanılır. Onun onurğa sütununun fəqərələrində sınıq və zədələnmə olduğu, bu səbəblə ciddi tibbi yardıma ehtiyac duyduğu bildirilir”.

Mission News Theme by Compete Themes.