BAYRAQDAR MEDİA – Türkiyənin əsas qəlyanaltı balqabaq toxumu istehsal mərkəzi olan Nevşehirdə 2-ci Balqabaq çəyirdəyi festivalı keçirilib. Təpəköy kəndində keçirilən tədbirdə Nevşehir bələdiyyə sədri Rasim Arı, rəsmi şəxslər və kənd sakinləri iştirak edib.
Bu barədə karsmanset.com saytı məlumat yayıb.
Məlumata görə, R.Arı qadınlarla birgə çəyirdəkləri ayırıb, daha sonra isə traktorla balqabaq sahəsində məhsul yığımına başlayıb.
O bildirib: “2024-cü ildə Türkiyə üzrə 70 min 891 ton balqabaq çəyirdəyi istehsal olunub, bunun 23 min 670 tonu Nevşehirə məxsusdur və ölkədə birinci yerdəyik. Festival bu məhsulun markalaşdırılmasına töhfə verir. Balqabaq çəyirdəyi bölgəmizin ən dəyərli məhsullarından biridir və ixracda da mühüm yer tutur.”




