Press "Enter" to skip to content

Asiya İnkişaf Bankının vitse-prezidenti ilə görüş keçirilib

Görüş zamanı

BAYRAQDAR MEDİA – İqtisadiyyat naziri Mikayıl Cabbarov Asiya İnkişaf Bankının (AİB) bazar həlləri üzrə vitse-prezidenti Barqav Dasqupta ilə görüşüb. Görüşdə Azərbaycan-AİB əməkdaşlığının genişləndirilməsi istiqamətində atılan addımlar və əldə edilmiş nəticələr məmnunluqla vurğulanıb.

Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Məlumata görə, tərəflər AİB-in 2025-2029-cu illəri əhatə edən Azərbaycan üzrə Ölkə Tərəfdaşlıq Strategiyası çərçivəsində birgə fəaliyyət imkanlarını müzakirə ediblər: “Müzakirələrdə özəl sektorun inkişafına dəstək, dövlət müəssisələrinin özəlləşdirilməsi, KOB-ların maliyyələşmə resurslarına əlçatanlığının artırılması, dövlət-özəl tərəfdaşlığı mexanizmlərinin tətbiqi və gücləndirilməsi məsələləri dəyərləndirilib. Qeyd olunub ki, iqtisadiyyatın şaxələndirilməsi, inklüziv inkişafın təmin edilməsi və davamlı tərəfdaşlıq platformalarının qurulması Azərbaycan-AİB əməkdaşlığının əsas hədəflərindəndir”.

Görüşdə bərpaolunan enerji layihələri, işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialının reallaşdırılması və yaşıl enerji sektorunda əməkdaşlığın perspektivləri barədə də müzakirələr aparılıb.

Mission News Theme by Compete Themes.